Viktor Mendi: Bu dəfə taktika döyüşü gedəcək – MÜSAHİBƏ
07.03.2013 - 12:26
“Qəbələ”nin seneqallı hücumçusu Viktor Mendinin apasport.az saytına müsahibəsi
- AZAL-la oyunda gözlənilmədən 1:6 hesablı məğlubiyyətlə üzləşdiz. Həmin qarşılaşma haqda nə deyə bilərsiz?
- İlk hissəyə yaxşı başlamışdıq. Ancaq fasilədən sonra sanki hər şey dəyişdi. Baş məşqçimiz ikinci hissədə futbolçulardan daha çox hücumda oynamağı tələb etdi. Bunun nəticəsində daha çox hücuma aludə olduğumuzdan, 1:6 hesablı yenilgi ilə üzləşdik. Amma qeyd etdiyim kimi, futbolda belə şeylər olur. AZAL ilə qarşılaşmada ilin ən pis oyununu keçirdiyimizi deyə bilərəm.
- AZAL-a böyük hesablı yenilginin əsas səbəblərini nədə görürsüz?
- Zədəli olduğumdan həmin oyunda meydana çıxa bilmədim. Bu üzdən meydanda olan futbolçuların ağlından nələrin keçdiyini deməkdə çətinlik çəkirəm. Onu bilirəm ki, komandada hamı bütün diqqətlərini ölkə kuboku matçına yönəldib. AZAL ilə oyunu ciddiyə almadığımızı deyə bilərəm. Çünki çempionat zamanı həmin xalları qaytara bilərik. Ancaq “Qarabağ”la qarşılaşma daha ciddi önəm daşıyır. Məhz daha çox kubok matçını düşündüyümüzdən, AZAL-a belə hesabla yenildik.
- Baş məşqçiniz “Qarabağ”la Qəbələdəki 1:1 hesablı oyundan sonra keçirilən mətbuat konfransında iddialı danışıb. Bugünkü oyunla bağlı düşüncələriniz necədir?
- Bu dəfə taktika döyüşü gedəcək. Çünki ilk oyun 1:1 hesabı ilə başa çatıb. Adətən “Qarabağ” hücum futbolu sərgiləyir. Ancaq onların bu dəfə hesabı qorumaq üçün müdafiədən oynayacağını düşünürəm. Bizim də rəqibə yol tapmağımız lazım gələcək. Ona görə də çətin qarşılaşma olacaq. Hər iki komandanın növbəti mərhələyə çıxma şanslarını 50-nin 50-yə dəyərləndirirəm.
- “Qəbələ”nin yeni transferlərindən Mustafa Dabo həmyerlinizdir. AZAL ilə oyunda qol vursa da, ümumilikdə passiv görünür. Onun zəif çıxışının səbəbini bilirsiz?
- Onu çoxdan tanıyıram. Türkiyədə “Bucaspor”un düşərgəsində birlikdə olmuşuq. Ancaq onun o vaxt İzmir klubuna keçidi baş tutmamışdı. Əvvəlcə onu söyləyim ki, Mustafa çox səviyyəli oyunçudur. Ancaq burda bir az da uyğunlaşma müddətinə ehtiyacının olduğunu düşünürəm. Hazırda adaptasiya prosesini yoluna qoymaq üzrədir. Artıq ötən tur sizin də qeyd etdiyiniz kimi qol vurub. Mən ona çox güvənirəm. Gələcəkdə daha da yaxşı vəziyyətdə olacağına və “Qəbələ”yə xeyir verəcəyinə inanıram.
- Son 2 turda və “Qarabağ”la kubok oyununda zədəyə görə meydana çıxmadız. Hansı nahiyədən zədələnmisiz?
- Zədəm qabırğamdadır.
- Məşq zamanı, yoxsa “İnter”lə oyundan sonra zədələnmisiz?
- Məşq prosesi zamanı zədələnmişəm.
- Azarkeşlər yenidən Dodo – Mendi – Kamanan “üçlüy”ünü nə vaxt görə bilər?
- İnsan vücudunu bilmək olmaz. Bəlkə tez, bəlkə də gec meydana qayıdaram. Ancaq fikrimcə, nə az, nə çox 3 həftə oynaya bilməyəcəm.
Səbuhi TOFİQOĞLU

0
0