“Altılıq”da ilk tur 3 günə keçiriləcək
07.03.2013 - 12:32
“Altılıq”da ilk tur 3 günə keçiriləcək
Topaz Premyer Liqasının XXIII turun oyunlarının vaxtı və keçirilmə yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, final mərhələsində ilk tur 3 gündə keçiriləcək.

Belə ki, “Sumqayıt”la “Rəvan” ev oyunlarını eyni stadionda – “Bayıl Arena”da keçirdiyindən, matçlar ayrı-ayrı günlərə salınıb. Bununla, final mərhələsinə növbəti həftənin ilk günündə “Sumqayıt” – “Turan” görüşü ilə start veriləcək. Sonrakı 2 gündə ilk və ikinci “altılıq” matçları bir keçiriləcək.

Medallar uğrunda mübarizə isə “Bakı” – “Neftçi” oyunu ilə başlayacaq.

11 mart

16:00. “Sumqayıt” - “Turan”
“Bayıl Arena” stadionu

12 mart

15:00. “Bakı” – “Neftçi”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

15:00. “Rəvan” - “Xəzər Lənkəran”
Bakı. ”Bayıl Arena” stadionu

17:00. “Simurq” – “Qarabağ”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

13 mart

15:00. “Qəbələ” – “İnter”
Qəbələ. Şəhər stadionu

“Kəpəz” – AZAL
Bakı. “Dalğa Arena” stadionu

Mənbə: pfl.az