“Azərbaycanda kabab yox, başqa şey yadımda qaldı”
07.03.2013 - 13:42
“Belarusda oynadığım vaxt agentim Azərbaycana getməyi təklif etdi. Beləcə, “Olimpik”də peyda oldum. Ancaq çox qazanmadım”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Olimpik”in sabiq futbolçusu Dmitri Parxaçov deyib.
2007/08 mövsümündə Bakı klubunun heyətində çempionatın gümüş medalçısı olan sol cinah yarımmüdafiəçisi bildirib ki, vətəni Belarusda ehtiyatda qaldığından karyerasını ölkəmizdə davam etdirməyi üstün tutub: “Azərbaycan klubunda qazancım daha çox mükafat hesabına çıxırdı. Mövsüm bizim üçün uğurlu oldu. Çempionatda 2-ci yeri tutduq. Çempionluğu yalnız son turda əldən verdik”.
Azərbaycandan sonra karyerasını Qazaxıstanda bir sıra klublarda davam etdirən Dmitri 5 illik fasilədən sonra vətəninə dönərək, “Slaviya”ya keçib. “Olimpik”dən sonra bir daha ölkəmizə gələrkən “Kəpəz”də oynayan legioner müsəlman ölkələrinin mətbəxindən də danışıb: “Mənim Azərbaycanda kabab yox, başqa şey daha çox yadımda qaldı. Azərbaycanlılar istənilən yeməyə eyni şeyi qatırlar. Adı yadımda deyil, ancaq dadı spesifik idi. Onu hər yeməyə - şorbaya, kartofa, omletə qatırdılar. Mənim elə də xoşuma gəlmədi, ancaq heç nə edə bilməzsən”.
Qazaxıstanla Azərbaycan arasında müqayisə aparan Parxaçov daha çox Orta Asiya ölkəsini bəyəndiyini bildirib: “Ola bilər ki, bu, insanlarının mentalitetinə görə bizə yaxın olmağı ilə bağlıdır. Azərbaycanda isə yerli insanlarla sıx ünsiyyət qurduğumu deyə bilmərəm. Mənim azərbaycanlı agentim vardı. O, mənə çox kömək oldu, çətin anda məni xilas etdi. Həmin insana çox minnətdaram. Mən necə deyə bilərəm ki, azərbaycanlılar pis millətdir? Pis insanlar hər yerdə var və hər yerdə aldada bilər”.

0
0