Slovakiya millimiz önünə 2 legionerlə çıxacaq
07.03.2013 - 14:17
Futzal üzrə milli komandamızın bu ay mübarizə aparacağı Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən olan Slovakiya yığmasının yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yan Yanik Serbiya yığması ilə yoldaşlıq oyunlarına çağırdığı heyətə daha 3 futzalçını da əlavə edib.
Beləliklə, Slovakiya yığması seçmə mərhələ oyunlarına 19 futzalçıyla qatılacaq. Bunlardan 2-si qonşu Çexiyada legioner həyatı yaşayır. Heyətə cəlb olunan futzalçıların çoxu isə son çempion “Slov-Matik FOFO”nun üzvüdür. Bratislava komandasından 12 oyunçu yığmaya dəvət olunub.
Qapıçılar: Mario Qaşparoviç, Peter Brndiar (Slov-Matik FOFO), Dalibor Repa (Akross Pinerola)
Sahə oyunçuları: Yozef Qençur (Akross Pinerola), Duşan Rafay, Martin Reyjek, Attila Fehervar, Ladislav Mikita, Peter Kozar, Peter Halko, Voytex Varadı, Marek Bahna, Qabriel Bartoşek, Anton Brunovski (hamısı “Slov-Matik FOFO”), Matuş Kıyovski, Peter Serbin (hər ikisi “Koşitse”), Martin Dudaş (Tapperveyr), Tomaş Drahovski (“Benaqo”, Çexiya), Qabriel Rik (“Tanqo”, Çexiya)
Qeyd edək ki, yığmamız Slovakiya ilə seçmə qrupun son turunda üz-üzə gələcək. Görüş martın 30-da keçiriləcək.

0
0