Rəqibimizin kapitanı Ruslan Abışovun yanına gəlir
07.03.2013 - 15:23
İsrail millisinin kapitanı Yossi Benayun 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyuna qədər klubunu dəyişəcək. Apasport.az saytının məlumatına görə, futbolçunun agenti Ronen Kasav müştərisinin “Çelsi” ilə cari mövsümün sonunda müqaviləsi bitəndən sonra yeni komandaya keçəcəyini bildirib.
Benayun Ruslan Abışovla komanda yoldaşı bilər. Belə ki, Ruslan az öncə müqavilə bağladığı “Rubin”, habelə “Lokomotiv” təcrübəli futbolçunun keçidində maraqlıdır. Kasav Benayunun Rusiya, Şərqi Avropa daxil olmaqla çoxlu variantının olduğunu və sonradan seçimini konkretləşdirəcəyini söyləyib.
Qeyd edək ki, millimiz İsrail yığmasının bu ilin sentyabrında qonağı olacaq.

0
0