“Neftçi”nin futbolçuları Avstriyaya yollanacaqlar
07.03.2013 - 16:07
“Neftçi”nin 8 futbolçusu Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasına (U-21) çağırılıb. Apasport.az saytının məlumatına görə, Mirhüseyn Seyidov, Araz Abdullayev, Elvin Yunuszadə, Emin Mehtiyev, Tərlan Quliyev, Kərim Diniyev, Emil Balayev və Rəşad Əzizov U-21-nin Avstriyada 13 günlük təlim məşq toplanışına dəvət edilib. Futbolçular martın 15-də başlayacaq hazırlıq çərçivəsində yığmanın heyətində 3 yoldaşlıq görüşündə meydana çıxacaq.
Onlardan yalnız qapıçı Balayev əsas yığmanın son hazırlığına qatılsa da, fevralda Dubayda keçirilən yoxlama oyunlarında forma geymədi. Emilin bu dəfə U-21-ə çağırıldığına görə millinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Portuqaliya yığmaları ilə rəsmi matçlarından kənarda qalacağını demək olar.

0
0