Foqts millinin heyətini açıqladı
07.03.2013 - 16:33
Foqts millinin heyətini açıqladı
Azərbaycan yığmasının Lüksemburq və Portuqaliya ilə baş tutacaq görüşlərə çağırılan heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya ilə qarşılaşacaq.

Bu oyunlara hazırlıq məqsədilə martın 13-dən 26-dək təlim-məşq toplanışı olacaq. Həmin 13 günlük hazırlıqlarda 25 futbolçu iştirak edəcək.

Qapıçılar: Kamran Ağayev (Bakı), Anar Nəzirov (Qəbələ), Səlahət Ağayev (Sumqayıt)

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı "Qarabağ"), Vladimir Levin (İnter), Aqil Nəbiyev (Bakı), Vurğun Hüseynov (Qəbələ), Ruslan Abışov (“Rubin", Rusiya), Rasim Ramaldanov (Simurq), Elhad Nəziri (Petrolul, Rumıniya), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov (Neftçi), Cavid Hüseynov, Elvin Məmmədov (hər iksi, Bakı), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Əfran İsmayılov (Qarabağ)

Hücumçular: Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi "Qarabağ"), Rauf Əliyev (Bakı), Cihan Özkara ("Sivasspor", Türkiyə), Rüfət Dadaşov ("Kayzerslautern II", Almaniya), Pərdis Fərcad-Azad (Sumqayıt)

Qeyd edək ki, Anar Nəzirov və Vladimir Levin martın 14-dən, Elhad Nəziri isə martın 17-dən millinin heyətinə qoşulacaq. Ruslan Abışov və Cihan Özkaranın millinin heyətinə nə zaman qoşulacağı isə çıxış etdikləri klublarla danışıqlardan sonra müəyyənləşəcək.