İspaniya – Rusiya matçının hakimi Bakıya gəlib
07.03.2013 - 17:04
Sabiq FİFA referisi Konrad Plautz Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, tanınmış avstriyalı hakim Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” – “Bakı” matçını izləyənlər arasındadır.
49 yaşlı Plautsuzn səfərinin məqsədi “Şəfa”dakı matçı idarə edən Anar Salmanovun işinə nəzarət etməkdir.
Qeyd edək ki, 1984-cü ildə 20 yaşında hakimliyə başlayan Plautz 1989-91-ci illərdə Avstriya Bundesliqasında hakim köməkçisi kimi çalışıb. 1991-96-cı illərdə daxili yarışlarda referi kimi fit çalan ədalət təmsilçisi 1996-cı ildə FİFA hakimi adına layiq görülüb.
UEFA-nın hakimlər üçün elit kateqoriyasına qədər yüksələn avstriyalı ən yüksək səviyyələrdə matçlar idarə edib. Çempionlar Liqasının yarımfinalına da təyinat alan Plauts 2007-ci ildə “Milan”la “Sevilya” arasında UEFA Superkubokunda da fit çalıb.
Avstriya və İsveçrədəki AVRO-2008-də də iş başında olan hakim 2 qarşılaşmada – İspaniya – Rusiya və İsveçrə - Portuqaliya görüşlərində ədaləti qoruyub. O, hakimlik karyerasına 2009-cu ildə son qoyub.

0
0