Millimizin Finlandiyaya gedəcək heyəti açıqlandı
07.03.2013 - 17:35
Millimizin Finlandiyaya gedəcək heyəti açıqlandı
19 yaşadək futbolçulardan ibarət yığma komandamız (U-19) martın 16-dan 25-nə qədər Finlandiyada təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə,
Arif Əsədovun yetirmələri martın 18-də Finlandiyanın U-18, martın 22-də və 24-də isə Estoniyanın U-19 və U-18 yığmaları ilə yoldaşlıq oyunu keçirəcək.

Artıq həmin heyət açıqlanıb. 20 nəfərlik heyətdə 4 legioner var. Bunlardan Almaniyanın V liqasında çıxış edən Kənan Səfərov ilk dəfə millimizə çağırılır.

U-19-un Finlandiyaya yola düşəcək heyətini diqqətinizə çatdırırıq: Elməddin Məmmədov (AZAL), Kənan Səfərov ("Ayntraxt" Norderştedt, Almaniya), Şamil Cəmaləddinov, Orxan Əliyev, Ruslan Nəsirli (hər üçü "Sumqayıt"), Elvin Bədəlov ("Zenit", Rusiya), Sadiq Quliyev, Şirməmməd Məmmədov, Elvin Camalov (hər üçü "Qəbələ"), Coşqun Diniyev, Qurbanəli Əliyev, Adil Nağıyev (hər üçü “İnter"), Kamran Abdullazadə (Xəzər Lənkəran), David Qarayev ("OİK-Energiya", Rusiya), Budaq Nəsirov (Turan), Namiq Ələsgərov, Nicat Əsgərov (hər ikisi "Bakı"), Tural Rzayev, Bilal Abbaszadə (hər ikisi "Qarabağ"), Rəhim Sadıxov ("Spartak” Akademiyası, Rusiya).