Kaxaber Sxadadze gülməli qollara yandı
07.03.2013 - 18:20
“Elə qollar buraxdıq ki, onları yalnız gülməli saymaq olar. Cütün taleyini gülməli qollar həll etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Futbolda yaxşı oynamaqla yanaşı, gərək şanslı da olasan. Qapımıza vurulan qollar da məhz “Bakı”nın şanslı olması üzündən vuruldu. Onları təbrik edirəm. Biz isə bu matçı unutmalıyıq. Qarşıda çempionat matçları var ki, bütün fikrimizi onlara yönəldəcəyik”.
Qeyd edək ki, ilk oyunda səfərdə 1:1 hesablı heç-heçə edən “İnter” öz meydanındakı bərabərlikdən (2:2) sonra mübarizəni dayandırıb.

0
0