Bojidar Bandoviç: Biz “İnter”dən yaxşı oynadıq
07.03.2013 - 18:36
“Qarşılaşma bizim üçün çox vacib idi. Çox maraqlı oyunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.
Serbiyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyunu (2:2) haqda fikirlərini açıqlayıb: “İnter” Azərbaycanın ən yaxşı komandalarından biridir. Onlara qarşı oynamaq xoşdur. Biz rəqibdən daha yaxşı oynadıq. Əsas məqsədimiz yarımfinala vəsiqə idi, bunu da bacardıq. İndi yalnız qarşıdakı matçı fikirləşirik. Premyer Liqanın “Neftçi” ilə matçına köklənmişik”.
Qeyd edək ki, ilk oyunda 1:1 hesabı qeydə alındığından səfərdə daha çox qol vuran “Bakı” mərhələ adlayıb.

0
0