Azərbaycan kubokunda ilk cütlük bəlli oldu
07.03.2013 - 19:00
Azərbaycan kubokunda ilk cütlük bəlli oldu
Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk cütü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsini uğurla adlayan “Bakı” və “Xəzər Lənkəran” yarımfinalda qarşılaşacaqlar.

Topaz Premyer Liqasında ilk “altılığ”a düşmək üçün sonuncu vəsiqə uğrunda mübarizə aparan komandalar indi də kubokun finalına vəsiqə üçün münasibətlərini ayırd edəcək. Onlar arasında qarşılaşmalar aprelin 17-də və 24-də baş tutacaq. İlk oyun Bakıda, cavab matçı Lənkəranda keçiriləcək.

Qeyd edək ki, 1/4 finalda “Bakı” “İnter”i (1:1 və 2:2), “Xəzər Lənkəran” isə “Rəvan”ı (2:1 və 4:1) mübarizədən kənarlaşdırıb.