Ağabala Ramazanov 1 qol da vursa...
07.03.2013 - 19:15
Azərbaycan kubokunun 2012/13 mövsümünün bombardirlərinin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov “Rəvan”la 1/4 finalın ev oyununda het-trik etməklə, bombardirlər yarışının liderlərinə çatıb.
Hesabında 3 qol olan Ramazanov cari mövsüm kubokda hamıdan çox fərqlənən digər 2 oyunçuya şərikdir. Ağabalaya qədər isə “Kəpəz”də oynadığı vaxt Yuri Fomenko və “Qaradağ Lökbatan”ın futbolçusu Novruz Ələkbərov bunu bacarmışdı. Lakin bu 2 oyunçunun komandası mübarizəni dayandırdığından yalnız Ramazanov qol hesabını artıra bilər.

0
0