Emin Quliyev darmadağına şərh verdi
07.03.2013 - 19:21
Emin Quliyev darmadağına şərh verdi
“Xəzər Lənkəran” ilk “altılıq”dan kənarda qaldığı üçün bütün diqqətimizi Azərbaycan kubokuna yönəltmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev deyib.

O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la cavab oyunundan (4:1) sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “Rəvan”la qarşılaşmada komandamız yaxşı oynadı. Bütün futbolçular verilən tapşırıqlarını yerinə yetirdilər. Onlardan razı qaldım. Çalışacağıq ki, ölkə kubokunda nəticə qazanaq”.

Qeyd edək ki, lənkəranlılar ilk oyunda da qalib gəlmişdi – 2:1.