“Son 14 gündə 4-cü oyunumuzu keçirirdik”
07.03.2013 - 19:25
“Son 14 gündə 4-cü oyunumuzu keçirirdik. Bu da çıxışımıza təsir göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Ramil Əliyev deyib.
O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunundan (1:4) sonra keçirilən mətbuat konfransında darmadağının səbəbini izah edib: “Futbolçularımızın fiziki hazırlığı bu matçda yaxşı oynamağa imkan vermədi. Təbii ki, “Xəzər Lənkəran”da çox yaxşı oyun nümayiş etdirdi. Artıq kubok yarışından kənarda qaldığımızdan bütün diqqətimizi Premyer Liqaya yönəldəcəyik. Çalışacağıq ki, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq”.
Qeyd edək ki, “Rəvan” ötən həftə öz meydanında keçirdiyi oyunda 1:2 hesabı ilə uduzmuşdu.

0
0