“Simurq” uduzdu, şüşəni sındırdı
07.03.2013 - 19:40
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakcell Arena”da keçirilən “Neftçi” – “Simurq” qarşılaşması xoşagəlməz hadisə ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk oyunda qolsuz heç-heçə ilə kifayətlənən Zaqatala təmsilçisi Bakıdakı qarşılaşmanın əlavə vaxtındakı məğlubiyyəti asanlıqla həzm edə bilməyib.
Matçın 120-ci dəqiqəsində buraxılan qolla mübarizəni dayandıran “Simurq”un futbolçuları soyunub-geyinmə otağına qayıdarkən acığını qapıdan çıxıb. Onlar qapının bağlı olduğunu görüb onu təpiklə açmaq istəyiblər. Nəticədə qapının şüşələri çilik-çilik olub.

0
0