“Neftçi” “Qarabağ”la qarşılaşacaq
07.03.2013 - 19:55
“Neftçi” “Qarabağ”la qarşılaşacaq
Azərbaycan kubokunun 1/2 final mərhələsinin 2-ci cütü də müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsini uğurla adlayan “Neftçi” və “Qarabağ” finalın 1 addımlığında qarşılaşacaq.

Topaz Premyer Liqasında ilk “altılığ”ında çempionluq uğrunda mübarizə aparan komandalar indi də kubokun finalına vəsiqə üçün münasibətlərini ayırd edəcək. Onlar arasında qarşılaşmalar aprelin 17-də və 24-də baş tutacaq. İlk oyun “Neftçi”, cavab matçında “Qarabağ” ev sahibi olacaq.

Qeyd edək ki, 1/2 finalın digər cütündə “Bakı” və “Xəzər Lənkəran” qarşılaşacaq