Georgi Çixradze: İstənilən halda məsələni araşdıracağıq
07.03.2013 - 20:10
“İlk oyundan sonra daha çox qol buraxmayıb, qələbə topunu vurmağı düşünürdük. Buna görə də daha çox müdafiə diqqət yetirib, əks-hücumlara bel bağlayırdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun əlavə vaxtında buraxdıqları qola təəssüfləndiyini deyib: “Bizim oyunu penaltilər seriyasına daşımaq planlarımıza daxil deyildi. Oyun ərzində 4-5 qol imkanlarımız olsa da, onların heç birini dəyərləndirə bilmədik. Azlıqda qaldıqdan sonra müdafiəyə daha çox fikir verdik. Lakin bu yetərli olmadı və son saniyələrdə qol buraxmağımız çox üzücü oldu. Futbolçuların matçdan sonra paltar soyunub-geyinmə otağının qapısını sındırması da bundan yaranan emosionallığın nəticəsi idi. Yaxşı ki, orada zərərçəkən olmadı. Amma istənilən halda məsələni araşdıracağıq”.
Qeyd edək ki, bu klublar arasında hər 2 oyun 0:0 hesabı ilə başa çatdığından “Neftçi” qələbə topunu əlavə vaxtda vurub.

0
0