Böyükağa Hacıyev: Onunla söhbət edəcəm
07.03.2013 - 20:15
“Çempionluqdan əllərini üzən komandalar bütün ümidlərini kuboka bağlayırlar. Elə bu səbəbdən də buradakı mübarizə daha gərgin keçir. Bu gün də bunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
O, Azərbaycan kubokunun 1/4 final mərhələsində “Simurq”la cavab oyununu (1:0) şərh edib. 120-ci dəqiqədə vurulan qol hesabına mərhələ adlayan “ağ-qaralar”ın çalışdırıcısı bildirib ki, komandasının çıxışı onu düşünməyə vadar edib: “Mərhələ adlasaq da, komandanın oyunundan narazı qaldım. Xüsusilə də, Nikolas Kanalesdən artıq 2 oyundur ki, ümidləri doğrultmur. Bu matçlarda meydanda o adda futbolçu görünmədi. Kanalesin özü ilə söhbət edəcəm. Ümumilikdə isə qarşılaşmada yarımmüdafiəçilər və hücumçular sonluğu gətirə bilmirdilər. Yarımfinala çıxdıqdan sonra artıq Premyer Liqanın “Bakı” ilə oyununu düşünürük”.
Qeyd edək ki, ilk matç da 0:0 hesabı ilə yekunlaşmışdı.

0
0