Qurban Qurbanov: Hər iki cəbhədə sonadək mübarizə aparacağıq
07.03.2013 - 21:00
Qurban Qurbanov: Hər iki cəbhədə sonadək mübarizə aparacağıq
“İlk oyunda qazandığımız sərfəli nəticə bu gün işimizə yaradı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səsləndirib. O, Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ” (0:0) ilə cavab oyununu şərh edib.

İki görüşün nəticəsinə görə yarımfinala keçən Ağdam klubunun çalışdırıcı yetirmələrinin sonadək mübarizə aparacaqlarını bildirib: “Komanda sona kimi mübarizə apardı, lazımi nəticəni qazandıq. Hər iki cəbhədə sonadək mübarizə aparacağıq”.