Zeynal Məmmədov: Özü də bilmədən qol vurdu - MÜSAHİBƏ
08.03.2013 - 00:02
“Bakı” klubunun baş meneceri Zeynal Məmmədov ölkə kubokunun 1/4 mərhələsinin cavab matçında "İnter"lə 2:2 hesablı heç-heçədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Oyun tribunadan necə görünürdü?
- Çox da xoşuma gəlmədi. Oyun çox sönük başladı. Qol vurulduqdan sonra canlanma yarandı. İkinci hissədə də bizim komanda üstün oyun sərgilədi və yekunda sərfəli nəticə əldə etdik. Rəqib səhvlərimizdən qollar vurdu. Əziz Quliyev xeyli vaxtdır oynamırdı. Şəhriyar isə gənc və təcrübəsizdir. Həmin cinahdan qollar vuruldu. Səhvlərə rəğmən əsas məqsəd mərhələ keçmək idi ki, bunun da öhdəsindən gəldik.
- Rəqib ikinci qolu vurduqdan sonra hansısa həyəcan var idimi?
- Bilirdik ki, uşaqlar qol vuracaqlar. Hesab 2:2 olduqdan sonra müəyyən həyəcan var idi. Bir də oyunun əvvəlində. Çünki 0:0 hesabı bizi qane etmirdi. “İnter” isə müdafiəyə qapanan komandadır. Bilirdik ki, sonra çətin olacaq. Bu gün həm də bəxtimiz gətirdi. Vurduğumuz hər iki qol "rikaşet" idi. Şəhriyar heç özü də bilmədən ayağını topa uzatdı və qol vurdu. Hakimlik isə ideal səviyyədə idi. İstərdim ki, bütün oyunları bu cür idarə etsinlər.
- Yəqin ki, bundan sonra gücü kuboku qazanmağa yönəldəcəksiniz...
- Xeyr, ilk “altılıq” 10 oyun var. Real olmasa da, birinci pilləyə yüksəlmək şansımız yox da deyil.
- Bayaq müdafiənin cinahındakı səhvlərdən danışdınız. Orda oynatmaq üçün başqa futbolçunuz yoxdur?
- Əziz zədədən yeni qayıdıb. Oyun təcrübəsi baxımından əziyyət çəkirdi. Ona görə də müəyyən səhvlərə yol verdi. Tədricən özlərini ələ aldılar.
- Yığmanın da formasını geyinən Kamran Ağayev, Rauf Əliyev, Cavid Hüseynov nə vaxt ilk “11-lik”də meydana çıxacaqlar?
- Hamısı oynayacaq. Bizim 25 futbolçumuz var. Qarşıda isə çempionatın 10 oyunu durur. Bura kubok matçlarını da əlavə etsək, hamısına şans veriləcək. Hamısı ağır oyunlardır. Hər biri ilə vuruşmalısan. Həmin qarşılaşmalarda zədələnən də olacaq, vərəqə üzündən oyunu buraxan da.
- Final mərhələsinə “Neftçi” ilə qarşılaşma ilə başlayacaqsınız. Əsas rəqibinizlə oyundan nə gözləyirsiniz?
- Bütün rəqiblərimizə eyni gözlə baxırıq. Bizim üçün kiminlə qarşılaşmağımızın fərqi yoxdur. Çempionat da sübut etdi ki, heç bir rəqibə zəif gözü ilə baxmaq olmaz. “Bakı” bu gün bunun acısını çəkir.
- Cari mövsümdə “Bakı” heç-heçələri sıralamaqla yadda qalıb...
- Bu gün də heç-heçə oynadıq. Ancaq bu heç-heçə bizə sərf edən nəticə idi.
- İlk oyunda 1:1 hesabı qeydə alındıqdan sonra çoxları “Bakı”nı hesabdan silmişdi. Buna münasibətiniz necədir?
- “Bakı”nı indi də hesabdan siliblər. Bizi heç beşinci pillədə də görmürlər. Halbuki, beşinci pillədən cəmi 2 xal geri qalırıq. Mayda söhbət edərik. Qeyd edim ki, “Bakı” hər zaman ikinci dövrədə öz sözünü deyib, deyəcək.
- Son vaxtlar hakim idarəçiliyindən narazılıq artıb. Sizin fikrinizi bilmək də maraqlı olardı...
- Hakim səhvləri olsun, amma onun arxasında qərəz dayanmasın. Heç kimin sifarişini yerinə yetirməsinlər. Çıxıb, normal hakimlik etsinlər. Necə ki, bu gün Anar Salmanov bunun öhdəsindən gəldi. Yüksək səviyyədə oyun idarə etdi. “Bakı” uduzsaydı belə, heç kim idarəçiliklə bağlı irad bildirə bilməzdi.

0
0