Nani “Yuventus”a keçə bilər
08.03.2013 - 00:10
Nani “Yuventus”a keçə bilər
İtaliya A seriyasının lideri və Çempionlar Liqasının 1/8 finalında “Seltik”i məğlub edib növbəti mərhələyə keçən “Yuventus” gələcək mövsüm üçün transferlərə indidən başlamaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, “Qoca Sinyora”nın heyətinə cəlb etmək istədiyi futbolçu “Mançester Yunated”in portuqaliyalı yarımmüdafiəçisi Luiş Nanidir.

İngilis klubu ilə müqaviləsinin müddəti 2014-cü ildə başa çatacaq olan futbolçu ilə “qırmızı şeytanlar” hələ ki, yenidən anlaşa bilməyiblər. İtaliya mətbuatı isə Turin təmsilçisinin yaxın günlərdə “Mançester Yunated”ə rəsmi təklif göndərəcəyini iddia edir.

Qeyd edək ki, 26 yaşlı fransalı oyunçu “Mançester Yunated”in heyətində 213 matçda meydana çıxıb və 39 qola imza atıb.