Kristof Daum “Fənərbaxça”dan danışdı
08.03.2013 - 06:22
Kristof Daum “Fənərbaxça”dan danışdı
“Fənərbaxça”nın sabiq baş məşqçisi Kristof Daum İstanbul klubunu tərifləyib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis “sarı bülbüllər”in Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə səfərdə “Viktoriya”nı 1:0 hesabı ilə məğlub etməsindən sonra ölkəsinin “RAN” idman kanalına müsahibə verib.

O, sabiq komandasının qışda çox yaxşı transferlər edib və gücləndiyini vurğulayıb: “Fənərbaxça” bir qədər də irəliyə gedəcək. Hər il Avropa Liqasında oynayan təcrübəli bir komanda olan “Fənərbaxça” qışda çox yaxşı transferlər edib və güclənib. Əla bir oyun göstərib haqlı bir qələbə qazandılar. Sanki tək qapı oynadılar. Bu turu rahat keçib, yarımfinal və ya final da oynaya bilərlər”.

Qeyd edək ki, Kristof Daum 2003-2006 və 2009-2010 mövsümlərində “Fənərbaxça”nı çalışdırıb. O, istanbullulara 2 dəfə qızıl, iki dəfə isə gümüş medal qazandırıb.