“Güclü bir rəqiblə oynadığımızı unutmadıq”
08.03.2013 - 06:51
“Hazırda bir addım qabaqda olduğumuz deyə bilərəm. İstanbuldakı oyuna daha çox istəkli olacağımızı düşünürəm”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib. Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə səfərdə “Viktoriya”nı 1:0 hesabı ilə üstələdikdən sonra mətbuat konfransı keçirib.
O, İstanbulda növbəti mərhələyə keçmək üçün lazımlı səy göstərəcəklərini ifadə edib: “8 komanda arasında qalmaq klubumuz və türk futbolu üçün çox əhəmiyyətlidir. Bunu bacarmaq üçün bir əlimizdən gələni edəcəyik. Matçın ikinci hissəsində daha yaxşı oynadıq. Qapıya zərbə və ötürmələrin sayını artırdıq. Ancaq güclü bir rəqiblə oynadığımızı unutmadıq. İstanbulda növbəti mərhələyə keçmək üçün lazımlı səy göstərəcəyik”.

0
0