“Mançester Siti”i iki gənc futbolçu ilə maraqlanır
08.03.2013 - 07:54
İngiltərə Premyer Liqasında lider “Mançester Yunayted”dən 12 xal geri qalan və çempionluq ümidlərini yavaş-yavaş itirən “Mançester Siti” indidən heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, hazırda “zadəganlar”ın hədəfində 2 futbolçu yer alıb.
Bunlar “Fiorentina”ın serbiyalı ulduzu Stefan Yovetiç və B seriyasında mübarizə aparan “Sassuolo”nun futbolçusu Domeniko Berardidir.
Mançester təmsilçisinin baş məşqçisi Roberto Mançininin köməkçisi Angelo Qrequççi yerli radioların birində iki gənc oyunçu haqqında təriflər yağdırıb. O, bu futbolçuları komandalar içərisində yeganə bəyənən “Mançester Siti”nin olmadığını ifadə edib.
Qeyd edək ki, ingilis klubunun hər iki futbolçuya yaxın günlərdə rəsmi təklif göndərəcəyi iddia olunur.

0
0