Con Toşak azərbaycanca cavab verdi: Çox sağ olun...
09.03.2013 - 00:03
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak Azərbaycan dilində danışmağı da bacarır. Apasport.az saytının məlumatına görə, dünyanın ən məşhur mütəxəssislərindən olan uelsli ölkəmizdə çalışmazdan əvvəl azərbaycanca bir-iki kəlmə deyib.
O, bunu hələ 2009-cu ildə nümayiş etdirib. Həmin vaxt, iyunun 6-da baş tutan DÇ-2010-nun seçmə mərhələsindəki oyununda Uels yığmasının baş məşqçisi millimiz üzərində qələbədən məmnun qalmışdı. Mətbuat konfransının sonunda Toşak qeyri-adi jest etmişdi. Təcrübəli mütəxəssis üzünü yerli jurnalistlərə tutaraq, azərbaycanca “çox sağ olun” demişdi.
Toşakın həmin matç haqda fikirləri də maraqlıdır: “Bu gün çətin oyun olacağını gözləyirdik. Nəticəyə görə çox şadıq. Uels yığmasında orta yaş həddi 22-dir. Bizim əsas komandamızda orta yaş həddi 1 yaş çoxdur. Bəlkə də Bakıda əsas heyətlə uduzardıq. Mən Foqtsun yerində olsaydım, istefa verməzdim. Onu çoxdan tanıyıram. Fikrimcə, Foqtsun məsləhətə ehtiyacı yoxdur”.
Oyun ərəfəsində isə Toşak itkilərdən şikayətlənmişdi: “10 futbolçu müxtəlif səbəbdən yığmadan kənarda qalıb. Azərbaycandan ehtiyatlanırıq, amma geriyə yol yoxdur. Milli komandanızın baş məşqçisi Berti Foqtsun Uels üzərində qələbə qazanmaq istəyini normal qarşılayıram”.
Britaniyalı mütəxəssis DÇ-2010-nun seçmə mərhələsi ərəfəsində də yığmamızın, futbolumuzun inkişafda olduğunu vurğulamışdı: “Yaxşı ki, dünya çempionatının seçmə mərhələndə ilk oyunumuzu Azərbaycan yığmasına qarşı keçirəcəyik. Yəqin ki, rəqib müdafiəni mütəşəkkil quracaq. Bizim arxa xətti yarmağımız üçün isə azərbaycanlı futbolçuları yaxşı öyrənməyimiz və matça düzgün yanaşmağımız zəruridir. Azərbaycan yığması son dövrlərdə kifayət qədər güclənib. Biz onların Andorra və İslandiya ilə yoldaşlıq görüşlərinin videokasetlərini əldə etmişik. Açıq-aşkar görünür ki, Berti Foqts komandanı inkişaf etdirib. Əvvəllər bu rəqibi 3 dəfə məğlub etmişik. Yəni, Azərbaycan bizim üçün yad komanda deyil. Lakin arxada qalan müddətdə onlar xeyli irəliləyib”.
Toşak seçmə mərhələnin ilk oyunundakı 1:0 hesablı qələbədən sonra yığmamızı və indiki klubunun sabiq qapıçısı Kamran Ağayevi tərifləmişdi: “Azərbaycanlı futbolçulardan birinin meydandan qovulması (Luis Fabio Ramim - red.) xeyrimizə işləyən amil oldu. Məhz bu an başa düşdüm ki, qələbə qazana bilərik. Vurulmayan penaltidən sonra biz psixoloji cəhətdən quyunun dibinə düşmüşdük. Bizim üçün qol vurmaq çox çətin idi. Oyunun ən yaxşı futbolçusuna gəlincə, rəqibin qapıçısının hamıdan yaxşı olduğuna kimsə şübhə edə bilməz. Üç il əvvəlki ilə müqayisədə Azərbaycan yığması xeyli irəli gedib”.

0
0