“Toşak “Xəzər”ə gəlir? İnana bilmirəm!”
09.03.2013 - 00:01
“Con Toşak Makedoniya yığmasını çalışdırarkən oğlu Kameron da köməkçisi idi. İndi bilmirəm, Toşak özü ilə “Xəzər Lənkəran”a oğlunu da gətirəcək, ya yox”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem deyib.
“Xəzər Lənkəran” məşhur uelsli çalışdırıcı Con Toşakla anlaşıb. “Beşiktaş” və Madrid “Real”ının sabiq baş məşqçisi martın 15-dən cənub təmsilçisini hazırlaşdıracaq.
Toşak həm də, 2011-ci ilin avqustun 7-dən ötən ilin avqustun 13-dək Makedoniya yığmasını çalışdırıb.
Muarem məhz Toşakın dönəmində ilk dəfə Makedoniyanın əsas yığmasında debüt edib. Onun britaniyalı mütəxəssis haqda fikirləri maraqlı olmaya bilməz: “Mən 2011-ci ilin sentyabrın 2-də millidə debüt etmişəm. Onda seçmə mərhələdə Rusiyaya qarşı oyunun sonlarında meydana daxil olmuşdum. Açığı, Toşakın “Xəzər Lənkəran”a gəldiyinə inana bilmirəm. . Oyunlar zamanı sarı vərəqə alarkən belə bizə çox hirslənərdi. Rəqib komandalara qarşı pressinq etməyimizi bizdən tələb edərdi. Düzdür, onun 1 illik Makedoniya karyerasında millimiz ciddi bir nəticə ilə yadda qalmadı. Ancaq düşünürəm ki, onun yığmamız üçün çox faydası oldu. Yeni gənc oyunçuları milliyə qazandırdı”.
Muaremin sözlərinə görə, onun dönəmində Makedoniya yığması Bakı “İnter”i kimi oynayırmış: “Onun oynatdığı taktika “İnter”inkinə çox oxşayır. Müdafiə zamanı 5 arxa xətt oyunçusundan yararlanır. Ancaq hücumlar zamanı müdafiədəki cinahlar irəli gedir. Bir sözlə, 3 stopper oynatmağı xoşlayır. İnşallah, bura gələrkən onunla görüşməyi çox istəyərəm”.
Səbuhi TOFİQOĞLU

0
0