Millimizin ardıcıl 2-ci məğlubiyyəti
09.03.2013 - 10:19
Millimizin ardıcıl 2-ci məğlubiyyəti
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası Rusiyanın Soçi şəhərində təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı Patrisiya Qonzalesin baş məşqçisi olduğu millimiz Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığmasına 0:2 hesabı ilə məğlub olub.

Bununla da qızlarımız ardıcıl 2-ci dəfə uduzub. İlk matçda Rumıniya yığmamıza 1:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, millimiz yer aldığı C qrupunda son matçını Ukrayna ilə keçirəcək.