10-cu ilə 10-cu baş məşqçi ilə
09.03.2013 - 10:50
Con Toşak “Xəzər Lənkəran”ın 9 illik tarixində 10-cu baş məşqçisi olacaq. Apasport.az saytının məlumatına görə, 2004-cü ilin iyulunda yaradılan komandaya bunadək 9 mütəxəssis rəhbərlik etmişdi.
Bunlar Nazim Süleymanov, türkiyəli Rasim Kara, ukraynalı Viktor Pasulko, Ağasəlim Mircavadov, İqor Ponomaryov, rumıniyalı Mirça Rednik, türkiyəli Cüneyt Biçər, Yunis Hüseynov və ispaniyalı Karlos Martorell Bakes olub. Düzdür, cənubluların “sükanı arxası”nda türkiyəli Şenol Fidan, Hafiz Əliyev və Emin Quliyev olsa da, onlar bu vəzifəni sadəcə, müvəqqəti icra ediblər.
Göründüyü kimi, “Xəzər Lənkəran” yubileyini qeyd edəcəyi 10-cu ilinə 10-cu baş məşqçi ilə daxil olacaq. Uelsli Toşak isə komandanın tarixinə 6-cı əcnəbi çalışdırıcı kimi düşüb. Qalan 4 baş məşqçi yerli mütəxəssislər olub.
Lənkəranlıların çalışdırıcıları arasında 3-ü 2 dəfə bu postda olub. Bunlar Süleymanov, Kara və Mircavadovdur. Cənubluların titullarının böyük əksəriyyəti sonuncu ilə bağlıdır. Belə ki, “Xəzər Lənkəran” yeganə çempionluğunu (2007-ci il), habelə 2 dəfə ölkə kubokunu (2007 və 2008-ci illər) və 1 dəfə “Birlik kuboku”nu (2008-ci il) Mircavadovun rəhbərliyi altında qazanıb. Qalan 1 tutulu – 2011-cu ildə Azərbaycan kubokunu qazanan Rednik olub. “Xəzər Lənkəran” 3 dəfə isə çempionatımızın gümüş medalçısı olub ki, bunlar Kara (2005-ci il), Rednik (2011-ci il) və Hüseynovun (2012-ci il) dövründə qazanılıb.
Qeyd edək ki, lənkəranlılar 64 yaşlı yeni çalışdırıcısı ilə “2+1“ illik anlaşıb.
Mehman SÜLEYMANOV

0
0