“Qəbələ” Moldovaya gedəcək
09.03.2013 - 11:18
“Qəbələ” Moldovaya gedəcək
Mayda təşkil olunacaq II Beynəlxalq Qəbələ Kubokunda iştirak edəcək “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Moldovaya yollanır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Hüseynqulu Quliyevin yetirmələri martın 11-dən 17-dək Tiraspol şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.

“Qəbələ” kubok uğrunda mübarizədə “Şerif” (Moldova), “Zirka” , Uşaq Gənclər İdman Məktəbi, “Sevastopol” (hamısı Ukrayna), “Şinnik” və “Mordoviya” (hər ikisi Rusiya) komandaları ilə münasibətlərinə aydınlıq gətirəcək. U-15 Moldovaya 18 nəfərlik heyətlə yollanacaq:

Qapıçılar: Süleyman Süleymanov, Toğrul Məmmədbəyli

Müdafiəçilər: Amin Seydiyev, Əzəmət Ələkbərli, Elvin Dəmirov, Sahil Zeynalov, Aqşin Hüseynov

Yarımmüdafiəçilər: Hacıağa Hacılı, Baxşəli Baxşəliyev, Turan Manafov, Fərid Nəbiyev, Əhməd Mirzəyev, Elvin Həsənov, Rövlan Muradov

Hücumçular: Azər İsmayılov, Kənan Rəfiyev, Nurlan Quliyev, Coşqun Süleymanov