Toşakı yaxşı tanıyan azərbaycanlılar
09.03.2013 - 11:59
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak Topaz Premyer Liqasında rəqiblərini çalışdıranlardan arasında 2-i ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ikinci “altılıq”da çıxış edəcək Lənkəran təmsilçisinin əsas rəqiblərindən sayılan AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Toşakla yığma səviyyəsində görüşüb. Bu, 2004-cü ilin Avropa çempionatının seçmə mərhələsində Uels – Azərbaycan oyununda olub. Onda Toşakla Sadıqov öz ölkələrinin millilərini çalışdırırdı.
2005-ci ilin oktyabrın 12-də Kardiffdə məşhur “Millenium” stadionunda keçirilən həmin matç millimizin nəinki seçmə mərhələdə, həmin ildə son oyunu idi. Uels futbolunun əfsanələrindən olan “Mançester Yunayted”in yarımmüdafiəçisi Rayan Giqqz həmin oyunda etdiyi dublla kapitanı olduğu yığmaya 2:0 hesablı qələbə qazandırıb.
Cənubluların digər rəqibi olan “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov isə həmin vaxt futbolçu kimi Sadıqovun rəhbərliyi altında idi. Toşakın millimizlə sonrakı 2 görüşü isə 2010-cu il dünya çempionatının seçmə mərhələsində olub. Qurbanov həmin vaxt almaniyalı Bertio Foqts tərəfindən millimizə cəlb olunurdu.
Maraqlıdır ki, ispaniyalı Karles Martorell Bakesin istefa verməsindən sonra komandanı oyunlara çıxaran məşqçi Emin Quliyev də Toşakı yaxşı tanıyır. Düzdür, keçmiş müdafiəçi Toşakın Foqtsa Kardiffdə və Bakıda 1:0 hesabı ilə qələbə qazandığı matçlarda yığmamıza dəvət olunmasa da, Sadıqovun dövründə uelslilərə qarşı oynayıb.
Qeyd edək ki, Toşak çempionatımızda həmkarlarından “Rəvan”da Ramil Əliyev, “Turan”da Əfqan Talıbov, “Sumqayıt”da almaniyalı Bernhard Raabla, Azərbaycan kubokunun yarımfinalında isə “Bakı”da serbiyalı Bojidar Bandoviçlə üzləşəcək.
Mehman SÜLEYMANOV

0
0