Vaqif Sadıqov: Bu gün də ayrı prinsiplərə əməl etməyəcəyik
09.03.2013 - 12:22
Vaqif Sadıqov: Bu gün də ayrı prinsiplərə əməl etməyəcəyik
“Biz hər bir oyunda meydana rəqibdən asılı olmayaraq qələbə qazanmaq üçün çıxırıq. Bu gün də ayrı prinsiplərə əməl etməyəcəyik. Hər matçda ancaq və ancaq qələbə qazanmağa çalışacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. “Təyyarəçilər” Topaz Premyer Liqasında ilk “altılıq”dan və ölkə kubokunda kənarda qalandan sonra hədəfi çıxış edəcəyi ikinci “altılıq”da 7-ci yeri tutmaqla, onun çempion olmaqdır.

Sadıqov hesab edir ki, bu il çempionatımız çox gərgin keçib: “İlk və ikinci “altılıq”da qərarlaşan komandalar arasında demək olar böyük fərq yoxdur. Ən azı hesab edirəm ki, AZAL-la “Xəzər Lənkəran”ın göstərdiyi futbolla ilk “altılığ”a layiq olan oyun nümayiş etdirirdilər. Neyləyək, tale belə oldu. Buna baxmayaraq, bizim hər birimizin, klubun öz imici var. Bunu qorumaq üçün hər bir oyuna yalnız qələbə üçün çıxacağıq”.

Mehman SÜLEYMANOV