İspaniya çempionatında Azərbaycan nümunəsi
09.03.2013 - 13:27
İspaniya çempionatında Azərbaycan nümunəsi
İspaniya Futbol Federasiyası baş məşqçilərlə bağlı yeni qanun layihəsi hazırlayır. Apasport.az saytının məlumatına görə, buna əsasən komandaların çalışdırıcıları oyundan əvvəl və sonrakı mətbuat konfranslarına mütləq gəlməlidir. Əks təqdirdə onları cəza gözləyir.

Bu yenilik “Real”ın baş məşqçisi Joze Mourinyoya zərbə vura bilər. Belə ki, portuqaliyalı mütəxəssis jurnalistlər qarşısına öz köməkçilərini göndərməyi ilə tanınır.

Qeyd edək ki, Azərbaycan milli çempionatında artıq bir neçə ildir oyundan sonra mətbuat konfransına baş məşqçilər gəlmədiyi halda, klubları AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnir.