Klub prezidenti milliyə görə rüşvət verdiyini etiraf etdi
09.03.2013 - 14:14
Braziliyanın “Sport Resifi” klubunun prezidenti Lusioano Bivar maraqlı etiraf edib. Apasport.az saytının məlumatına görə, o, futbolçusunu milli komandaya çağırılmağına görə vaxtında rüşvət verdiyini çqılayıb.
Bu, 2001-ci ildə Leomarın Braziliya yığmasının heyətində Konfederasiya Kubokunda iştirakına görə olub. Bivarın sözlərinə görə, Braziliyada belə praktika geniş yayılıb: “Mən rüşvət verməklə, futbolçumuzu Braziliya yığmasına saldım. Bu, Leomar idi. Mən pulu kimin aldığını açıqlamayacağam. Ancaq siz araşdırma aparıb, hər şeyi öyrənə bilərsiniz. Hamı öz oyunçularının yığmaya çağırılmağını istəyir. Skolaridən soruşun ki, bu və ya digər futbolçunu milliyə götürməklə bağlı ona nə qədər tez-tez zəng edirlər. Braziliya futbolunun reallığı belədir”.

0
0