“Bakı”nın futbolçusunun qolu Avropanın diqqət mərkəzində
09.03.2013 - 13:51
Azərbaycan kuboku uğrunda yarışların 1/4 final mərhələsinin cavab oyununda səfərdə "İnter"lə 2:2 hesablı heş-heçəyə nail olan “Bakı”nın gənc müdafiəçisi Şəhriyar Əliyev 68-ci dəqiqədə vurduğu qolla diqqətləri özünə cəlb edib. Apasport.az saytının məlumatına görə, cərimə zərbəsindən göndərilən topu dabanı ilə rəqib qapısından keçirən 20 yaşlı müdafiəçinin qolu tam əsaslarla ən gözəl qollar siyahısında yer ala bilər.
Şəhriyar klubunun rəsmi saytına açıqlamasında qolla bağlı fikirlərini bildirib: “Ev tapşırığına əsasən standart vəziyyətlərin icrası zamanı hücuma qoşulacağımı əvvəldən bilirdim. Şoliç topun gerisinə keçəndə artıq ön xətdə yer almışdım. Qol epizoduna gəlincə, başla zərbə endirmək istədim, ancaq mövqeyim buna imkan vermədi. Bu səbəbdən ayaqla oynadım. Nəticədə dabanla effetli qol alındı. Bunu bacardığıma görə çox sevinirəm. Həm də bu qol sayəsində kubokda vacib mərhələ adladıq. Təbii ki, sevincimin əsas payı komandamızın iki oyunun cəminə görə əldə etdiyi qələbəsinə görədir”.
Qeyd edək ki, Şəhriyarın qolu həftənin ən gözəl qolları sırasında yer alır. Portuqaliyanın nüfuzlu TVGOLO portalının keçirdiyi sorğunun nəticələrinə əsasən gənc futbolçunun qolu hazırda 4-dür. Səsvermə davam edir. Şəhriyarın qolunu bəyənənlər ona www.tvgolo.com saytında səs verə bilərlər:

0
0