Ruslan Abışov üçün debüt anı
09.03.2013 - 16:10
Sabah azərbaycanlı futbolsevərlərin bütün diqqəti Çeçenistana yönələcək. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Ruslan Abışov yaxında müqavilə imzaladığı “Rubin”in heyətində ilk oyununa çıxacaq. 26 yaşlı futbolçumuzun komandası Rusiya Premyer Liqasında qış fasiləsindən sonra ilk matçda – XX turda “Zenit”i qəbul edəcək. Son çempionla Qroznıdakı matç Bakı vaxtilə saat 16:00-da başlayacaq.
“Rubin” təmsil etdiyi Kazanda bir müddət oynaya bilməyəcəyindən, bu il çempionatda ilk oyununu “Əhməd Arena”da keçirməli olacaq. Maraqlıdır ki, kazanlılar növbəti həftə bu stadionda meydan sahibi “Terek”lə oynayacağından, artıq qonaq olacaq.
Ruslan debütünün məhz “Zenit”lə matçda az olacağı az inandırıcı görünür. Çünki Abışov “Rubin”in Avroliqa oyunları üçün sifariş olunmadığından, oynamayaraq, yalnız məşqlərlə kifayətlənməli olur. O, son rəsmi matçını ötən ilin dekabrında keçirdiyindən, uzun müddətdir oyun praktikası sarıdan korluq çəkir. İstənilən halda, bu, debüt anı olaraq qalır və hər şeyə “Rubin”in türkmənistanlı baş məşqçisi Kurban Berdıyev qərar verəcək.
Qeyd edək ki, Ruslan karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.

0
0