Azərbaycan Superkuboku uğrunda oyunun vaxtı açıqlandı
09.03.2013 - 17:31
Azərbaycan Superkuboku uğrunda oyun 18 illik fasilədən sonra bərpa olunur. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası bu titul uğrunda həlledici matçın vaxtını açıqlayıb.
Belə ki, Superkubok uğrunda oyun 2013/14 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin başlanmasına 1 həftə qalmış keçiriləcək. Bu isə gələn ilin iyunun son 10 günlüyünə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 1995-ci keçirilib. Onun 3 qalibindən 2-si “Neftçi”, 1-i “Qarabağ” olub.

0
0