“İndi “Neftçi”ni yenməyin yollarını tapmalıyıq”
09.03.2013 - 18:22
“İndi “Neftçi”ni yenməyin yollarını tapmalıyıq”
“Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Telinin apasport.az saytına müsahibəsi

- “Qəbələ”yə yenə qalib gələ bilmədiz. Bununla belə, mərhələ keçə bildiz...
- Elədir. Düşünürəm ki, o qədər də maraqlı qarşılaşma olmadı. Amma oyunun sonları gərginliyi ilə seçildi. Bizim də, onların da qol vurmaq şansları oldu. Buna baxmayaraq, hesab açılmadı və növbəti mərhələyə biz adımızı yazdırdıq.

- Baş məşqçiniz mətbuat konfransında müdafiədən oynadığınızı dedi. O sizə belə bir tapşırıq vermişdi?
- Biz öz oyunumuzu göstərməyə çalışdıq. Ancaq təbii ki, ilk qarşılaşmada vurduğumuz səfər qolu bizə ikinci görüş üçün üstünlük yaratmışdı. Bu üzdən qolsuz heç-heçə də bizə sərf edirdi. Əgər nəticə bizə sərf etməsəydi, daha güclü “Qarabağ”ı meydanda görəcəkdiz.

- Növbəti rəqibiniz “Neftçi” olacaq. Finala çıxmaq üçün bu komandanı yenmək çətin olmayacaq?
- Təbii ki, “Neftçi” hücum potensialına görə daha güclü komandalardandır. Elə “Qəbələ” də irəli xətdə çıxış edən səviyyəli futbolçuları ilə seçilir. Ancaq onları keçdik. İndi “Neftçi”ni yenməyin yollarını tapmalıyıq. Buna isə çox vaxtımız var.

- Sizi Zaqatalaya səfər gözləyir. Növbəti tur qarşılaşacağınız “Simurq”la oyun haqda nə deyə bilərsiz?
- “Simurq” öz meydanında yaxşı oynayır. Azarkeşləri komandaya çox yaxşı dəstək verir. Bu üzdən Zaqatalada “Qəbələ” ilə oyundan az olmayan gərginliyin olacağını deyə bilərəm.

- Qarşıdan seçmə mərhələnin oyunları gəlir. Albaniya yığmasının baş məşqçisi Canni De Biasi sizə dəvət göndərib?
- Yox. Bu dəfə də mən millidə olmayacam. Ancaq Norveçlə səfər oyununa görə Ansi Aqolliyə dəvət gəlib.

Səbuhi TOFİQOĞLU