“Neftçi” “Bakı”dan, “İnter” “Qəbələ”dən üstündür
09.03.2013 - 21:00
Bu həftə Topaz Premyer Liqasında final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, həlledici mərhələnin ilk, mövsümün 23-cü turu 3 gün ərzində baş tutacaq.
Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
11 mart (bazar ertəsi)
“Sumqayıt” - “Turan”
+2=2-2, top fərqi – 4:4
İndiyədək 6 dəfə qarşılaşan rəqiblərin oyunlarında mütləq bərabərlik hökm sürür. Lakin son 2 qarşılaşmada qonaq komanda qalib gəlib. Bu görüşlərdə heç bir tərəf 1 oyunda 1-dən artıq qol vurmayıb.
12 mart (çərşənbə axşamı)
“Bakı” – “Neftçi”
+8=8-24, top fərqi – 32:60
41-ci paytaxt derbisinə qədər “Neftçi” rəqibi ilə matçlarda böyük üstünlüyə malikdir. Lakin son 5 matçda “Bakı” meydanı qolsuz tərk etməyib. Paytaxtın eyniadlı təmsilçisinin son 5 ev matçında isə heç-heçə olmayıb.
“Rəvan” - “Xəzər Lənkəran”
+0=3-1, top fərqi – 3:7
“Rəvan” heç vaxt qalib gəlmədiyi rəqiblə qarşılaşır. Lakin “Xəzər Lənkəran” səfərdə bakılıları məğlub etməyib. Bu komandaların hər qarşılaşmasında cənublular rəqib qapısına yol tapa bilib.
“Simurq” – “Qarabağ”
+4=5-5, top fərqi – 13:12
15-ci duel ərəfəsində “Qarabağ” qələbə, “Simurq” isə qol sayında üstünlüyə malikdir. Son 7 oyunda uduzmayan ağdamlılar bütün qələbələri bu 3 il yarım ərzində qazanıb.
“Qəbələ” – “İnter”
+3=6-9, top fərqi – 13:25
Rəqiblərin son 4 qarşılaşmasında meydan sahibi olan tərəf qalib gəlib. Ümumilikdə isə 19-cu oyun ərəfəsində “İnter”in üstünlüyü aşkar görünür. Bakılılar 10-cu qələbənin astanasındadır.
“Kəpəz” – AZAL
+1=2-7, top fərqi – 4:15
10 dəfə qarşılaşan rəqiblərin duelində AZAL böyük üstünlüyə malikdir. Bakılılar son 5 qarşılaşmada quru qələbələri sıralayıb.

0
0