Messi rekordlarla doymaq bilmir
10.03.2013 - 06:15
Messi rekordlarla doymaq bilmir
Argentina milli komandasının və “Barselona”nın hücumçusu Lionel Messi özünə aid olan rekordu yeniləyib. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı futbolçu İspaniya çempionatında meydana çıxdığı ardıcıl 17-ci matçda fərqlənməyi bacarıb.

Belə ki, Messi La Liqanın 26-cı turunda “Deportivo” (2:0) ilə qarşılaşmanın 62-ci dəqiqəsində əvəzləmədən meydana daxil olub və bundan 26 dəqiqə sonra qonaqları mərkəzə dəvət edib.

Qeyd edək ki, Lioneldən öncə bu rekord Braziliyanın veteran futbolçusu Ronaldoya aiddir. “Real”ın sabiq hücumçusu ard-arda 10 qola imza atıb.

Messinin qol seriyası 11 noyabr 2012-ci ildə “Malyorka”ya qarşı matçda başlanıb.

11.11.2012. “Malyorka” – “Barselona” - 2:4 (Messi 2 qol)
17.11.2012. “Barselona” – “Saraqosa” - 3:1 (2)
26.11.2012. “Levante” - “Barselona” - 0:4 (2)
01.12.2012. “Barselona” – “Atletika” - 5:1 (2)
10.12.2012. “Betis” – “Barselona” - 1:2 (2)
17.12.2012. “Barselona” – “Atletiko” - 4:1 (2)
22.12.2012. “Valyadolid” – “Barselona” - 1:3 (1)
06.01.2013. “Barselona” – “Espanol” - 4:0 (1)
14.01.2013. “Malaqa” – “Barselona” - 1:3 (1)
19.01.2013. “Real Sosyedad” – “Barselona” - 3:2 (1)
27.01.2013. “Barselona” – “Osasuna” - 5:1 (4)
03.02.2013. “Valensiya” – “Barselona” - 1:1 (1)
10.02.2013. “Barselona” – “Hetafe” - 6:1 (1)
16.02.2013. “Qranada” – “Barselona” - 1:2 (2)
24.02.2013. “Barselona” – “Sevilya” - 2:1 (1)
02.03.2013. “Real” – “Barselona” - 2:1 (1)
09.03.2013. “Barselona” – “Deportivo” - 2:0 (1)