Ruslan Abışovun adı iştirak ərizəsinə daxil edilmədi
11.03.2013 - 09:27
Ruslan Abışovun adı iştirak ərizəsinə daxil edilmədi
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” qış fasiləsindən sona ilk oyununu qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, kazanlılar XX turda son çempion “Zenit”lə Qroznıda keçirdiyi ev oyununda 1:0 hesabı ilə qalib gəlib. Qələbə topunun müəllifi 31-ci dəqiqədə fərqlənən hücumçu Salomon Rondon olub. Ruslanın adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Rubin” 20 oyundan 34 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.