“Rəvan” hazırlıqlarına yekun vurdu
11.03.2013 - 21:00
Bu gün Topaz Premyer Liqasında final mərhələsinə start verilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ikinci “altılıq”da oynayacaq “Rəvan” isə sabah “Xəzər Lənkəran”la üz-üzə gələcək. “Uçan aslanlar” bu gün səhər məşqi ilə oyuna hazırlığını başa vurub.
Qeyd edək ki, kubok matçından sonra cümə günü istirahət edən futbolçular şənbə günündən hazırlıqlara başlayıb. İlk məşqdə Lənkərandakı matçda əsas heyətdə yer alanlar bərpa məşqi ilə kifayətlənibsə, qalanları tam yüklənmə ilə hazırlaşıb. Bazar günü və bu gün baş tutan məşqlərdə isə bütün komanda tam hazırlıqda iştirak edib. “Bayıl Arena”da reallaşan məşqlərdə futbolçular iki saat yaxın müddətdə verilən tapşırıqları yerinə yetirib, çatışmayan cəhətlər üzərində işləyiblər.
Baş məşqçi Ramil Əliyevi sevindirən məqamlar da yox deyil. Birincisi, “Xəzər Lənkəran”la kubok görüşünü zədə səbəbi ilə buraxan Samuel Barlay sıraya dönüb. İkincisi, “Qarabağ”la oyunda yarıtmaz idarəçiliyi ilə haqlı tənqidlərlə üzləşən Elçin Məmmədovun qırmızı vərəqə göstərdiyi Miloş Adamoviçin cəzası başa çatıb. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”la çempionat oyununa “Rəvan” itkisiz çıxacaq.

0
0