Xerard Pike: Biz klubun tarixini dəyişdik
12.03.2013 - 05:00
Xerard Pike: Biz klubun tarixini dəyişdik
“Barselona”nın müdafiəçisi Xerard Pike Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Milan”la matçdan əvvəl mətbuat konfransında iştirak edib. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü azarkeşlərinə müraciət edib.

O, Kataloniya klubun son illər qazandığı uğurlardan danışıb: “Mən azarkeşlərdən son 10-15 mövsümə baxmağı xahiş edirəm. Yohan Kroyf gələnə qədər Barselona 90 il ərzində heç nə qazanmamışdı. Amma son 10-15 il ərzində biz klubun tarixini dəyişdik. Buna görə bu komandaya etibar etmək lazımdır və bizə güvənməlisiniz. Biz etibara layiqik. İnsanlarda qısa yaddaş var. Amma onlar bilməlidir ki, bu komanda çox bacarıqlıdır və hamı bunu unutmamalıdır”.