“Simurq” xarakter göstərərək, çox vacib 3 xalı qazandı”
12.03.2013 - 19:28
“Qış fasiləsindən sonra oyunumuzu təhlil edib, səhvlər üzərində işləmişdik. Bu gün həm müdafiədə, həm də hücumda çox kompakt oynadıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib. Topaz Premyer Liqasının final mərhələsinə bu gün evdə “Qarabağ” üzərində 1:0 hesablı qələbə ilə başlayan zaqatalalılar nəticədə uğursuz oyunlar seriyasını qırıb.
Gürcü çalışdırıcının sözlərinə görə, matçda sıx oynamaları öz nəticəsini verib: “Belə oyun öz bəhrəsini verdi. Qol vurub, sona kimi üstünlüyümüzü qoruya bildik. Komandamız azlıqda qalandan sonra müdafiədə daha yaxşı oynadı. Futbolçularımız xarakter göstərərək, bizə çox vacib olan 3 xalı qazandılar”.

0
0