“Rubin” və “Fənərbaxça” 1/4 finalda
15.03.2013 - 01:57
“Rubin” və “Fənərbaxça” 1/4 finalda
Avroliqada 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, artıq 8 komandanın adı bəlli olub.

Öncə meydan Rusiya klubları çıxıblar. “Zenit” “Bazel”lə, “Rubin” “Levante” ilə münasibətlərinə aydınlıq gətirib. Səfərdə “Bazel”ə 2:0 hesabı ilə uduzan “Zenit”in işi çox çətin idi. Sankt-Peterburq təmsilçisi bunun əvəzini evdə çıxmağa çalışacaqdı. Düzdü onlar qonaqları bir dəfə mərkəzdən başlamağa məcbur ediblər. Lakin bundan başqasına gücü çatmayıb.

Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun komandası “Rubin” isə “Zenit”dən fərqli olaraq 1/4 finala keçib. Amma Kazan klubu buna görə bir az güc sərf edib. Belə ki, təmsilçimizin komandası qələbə qollarını matça əlavə edilən dəqiqələrdə vurmağı bacarıb.

Rusiyanın turnirdəki digər iştirakçısı “Anji” isə “Nyukasl” səfərindən üzü ağ çıxa bilməyib - 1:0.

İtaliya “İnter”i də turnirlə vidalaşıb. Doğma publika önündə “Tottenhem”lə üz-üzə gələn milanlılar ilk oyunda qapılarından buraxdıqları 3 topun əvəzini çıxmağa çalışacaqdı. Lakin “İnter” görüşdə böyük hesabla (4:1) qalib gəlsə də növbəti mərhələyə adlayan “Tottenhem” olub.

Türkiyənin “Fənərbaxça” klubu isə Avroliqada yoluna davam edir. İstanbulda “Viktoriya” ilə qarşılan “sarı bülbüllər” meydandan 1:1 hesablı sülhlə ayrılıb.

Beləliklə, 1/4 finala keçən komandalar bunlardı:

“Bazel”
“Rubin”
“Tottenhem”
“Nyukasl”
“Çelsi”
“Benfika”
“Latsio”
“Fənərbaxça”


14 mart
“Zenit” (Rusiya) – “Bazel” (İsveçrə) - 1:0
QOL: Vitsel, 30
İlk oyun – 0:2

“Rubin” (Rusiya) – “Levante” (İspaniya) - 2:0
QOLLAR: Rondon, 100, Dyadyun, 112
İlk oyun – 0:0

“İnter” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 4:1
QOLLAR: Kassano, 20, Palasio, 52, Qallas, 55-avtoqol, Alvares, 110 - Adebayor, 96
İlk oyun – 0:3

“Nyukasl” (İngiltərə) – “Anji” (Rusiya) - 1:0
QOL: Sisse, 90+3
İlk oyun – 0:0

“Çelsi” (İngiltərə) – “Styaua” (Rumıniya) - 3:1
QOLLAR: Mata, 34, Terri, 58, Torres, 71 - Kiriçes, 45
İlk oyun – 0:1

“Bordo” (Fransa) – “Benfika” (Portuqaliya) - 2:3
QOLLAR: Diabate, 74, Jardel, 90-avtoqol - Jardel, 30, Kardozo, 75; 90+1
İlk oyun – 0:1

“Latsio” (İtaliya) – “Ştutqart” (Almaniya) - 3:1
QOLLAR: Kozak, 6; 8; 87 - Haynal, 62
İlk oyun – 2:0

“Fənərbaxça” (Türkiyə) – “Viktoriya” (Çexiya) - 1:1
QOLLAR: Salih, 44 - Darida, 61
İlk oyun – 1:0