Almaniya Qazaxıstana 1 hücumçu ilə yollanacaq
14.03.2013 - 23:37
Almaniya Qazaxıstana 1 hücumçu ilə yollanacaq
DÇ-2014-ün qrup mərhələsində, martın 22-də Qazaxıstan yığması ilə qarşılaşacaq Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı bu görüş üçün yığmaya 23 futbolçu dəvət edib.

Lakin Löv heyətə yalnız 1 hücumçu çağırıb. Belə ki, o, 3 qapıçı, 6 müdafiəçi və 13 yarımmüdafiəçiyə ehtiyac duyub. Lövün Qazaxıstana apardığı yeganə hücumçu isə “Bavariya”nın futbolçusu Mario Qomesdir.

Almaniya yığmasının heyəti:

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Rene Adler (“Hamburq”), Ron-Robert Siler (“Hannover”).

Müdafiəçilər: Jerom Boatenq, Filipp Lam (hər ikisi “Bavariya”), Benedikt Hovedes (“Şalke”), Per Mertezaker (“Arsenal”, İngiltərə), Marsel Şmelser (“Borussiya”D), Xayko Vestermann (“Hamburq”).

Yarımmüdafiəçilər: Lars Bender (“Bayer”), Sven Bender, Mario Qötse, İlkay Gündoğan, Marko Roys “(hamısı “Borussiya” D), Sami Kedira, Məsut Özil (“Real”, İspaniya), Tomas Müller, Toni Kroos, Bastian Şvaynştayqer (hər üçü “Bavariya”), Yulian Draksler (“Şalke”), Lukas Podolski (“Arsenal”, İngiltərə), Andre Şurrle (“Bayer”).

Hücumçu: Mario Qomes (“Bavariya”).