“Mançester Yunayted” yenidən braziliyalı futbolçunu istəyir
15.03.2013 - 00:22
Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a məğlub olub turnirlə vidalaşan “Mnaçester Yunayted” növbəti mövsüm üçün indidən komandanın heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, ingilis klubunun baş məşqçisi Aleks Ferqyusson “Şaxtyor”un yarımmüdafiəçisi Duqlas Kostanı yenidən transfer etmək istəyir.
Belə ki, şotlandiyalı çalışdırıcı braziliyalı futbolçunu hələ 4 il bundan əvvəl “Qremio”nun heyətində çıxış edərkən sərəncamında görmək niyyətində idi. Lakin sonradan bu transfer baş tutmayıb. “Qırmızı şeytanlar” yaxın günlərdə Donetski təmsilçisinə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Duqlas Kostan 2010-cu ildən “Şaxtyor”un heyətində çıxış edir. O, 120 oyunda meydana çıxıb və rəqib qapılarına 24 qol vurub.

0
0