UEFA-nın ən yaxşı “11-liy”i
15.03.2013 - 01:22
UEFA-nın ən yaxşı “11-liy”i
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “11-liy”ini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu siyahıda ən çox “Qalatasaray”ın futbolçuları yer alıb.

İstanbul təmsilçisindən 3, “Barselona”dan 2, “Yuventus”, Dortmund “Borussiya”sı, “Arsenal”, “Real”, “Malaqa” və PSJ-dən 1 oyunçunun adı siyahıda göstərilib.

Qapıçı: Fernando Muslera (“Qalatasaray”).

Müdafiəçilər: Andrea Barzaqli (“Yuventus”), Laurent Koselni (“Arsenal”), Xordi Alba (“Barselona”), Filip Santana (“Borussiya”).

Yarımmüdafiəçilər: Həmid Altıntop (“Qalatasaray”), Xabi Alonso (“Real”), İsko, (“Malaqa”).

Hücumçular: Lionel Messi (“Barselona”), Burak Yılmaz (“Qalatasaray”), Ezequiel Lavessi (PSJ).