“Meydanda iki bərabər komanda mübarizə aparırdı”
15.03.2013 - 02:20
“Oyun ağır keçdi. Səhvin qiyməti çox yüksəkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun komandası “Rubin”in baş məşqçisi Qurban Berdıyev deyib. Təcrübəli çalışdırıcı Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyun gündə “Levante”ni (2:0) əlavə dəqiqələrdə vurduqları qollarla məğlub edib növbəti mərhələyə keçdikdən sonra fikirlərini bildirib.
Türkmənistanlı mütəxəssis meydanda bərabər komandanın mübarizə apardığını vurğulayıb: “İkinci hissədə artıq hiss edilirdi ki, əlavə vaxt olacaq. Uşaqlara təşəkkür edirəm. Çünki özlərində güc tapdılar və sonda qələbəni reallaşdırdılar. Amma deyə bilərəm ki, meydanda iki bərabər komanda mübarizə aparırdı. Yekunda biz növbəti mərhələyə keçdiyimiz üçün çox şadam”.

0
0