Türk klublarının 43 il sonrakı zəfəri
15.03.2013 - 04:05
Türk klublarının 43 il sonrakı zəfəri
Türkiyənin 2 klubu avrokubokların 1/4 final mərhələsində mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın Çempionlar Liqasında, “Fənərbaxça”nın isə Avropa Liqasında son 8 komanda arasında yer alması, türk klublarının eyni mövsümdə 43 il sonrakı tarixləri təkrarlanıb.

Belə ki, “Cim-Bom” 1969-1970 mövsümündə Çempion klublar kubokunda, “Göztəpə” isə Kuboklar kubokunda 1/4 finalda çıxış edib. Həmin qarşılaşmalarda “Qalatasaray” Polşanın “Legiya” klubuna, “Göztəpə” isə “Roma”ya məğlub olub.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının 1/8 finalında “Şalke”ni, “Fənərbaxça” isə Avropa Liqasında “Viktoriya”nı üstələyib.